Nigeriyada terrorçular 45 avtobus sərnişinini girov götürüblər

Nigeriyada üç şəhərlərarası avtobusa hücum edən terrorçular 45 nəfəri girov götürüblər.

Hadisə ölkənin cənub-şərqindəki Otukpo-Enuqu magistral yolunda (Benue ştatı) baş verib.

Girovluqdan yayına bilən digər avtobusun sürücüsü və sərnişinlərin sözlərinə görə, hücumçular pusquda olublar.

İlkin məlumatlara görə, hücum pul mükafatı almaq üçün həyata keçirilib.
  • Sosial şəbəkədə paylaş