Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “AS-532” tipli helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi həlak olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim məqsədilə Eskişehirdən havaya qalxan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində beş hərbçi həyatını itirib.
  • Sosial şəbəkədə paylaş