İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub

SİYASƏT
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub
25.11.2026 [21:32]
A+ A-
Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova forum çərçivəsində keçirilən panel müzakirələrinin parlamentlərimizin müvafiq komitələrinin fəaliyyəti və Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın əsas sahələri ilə bağlı geniş məsələləri əhatə etdiyini deyib. Onun sözlərinə görə, bu formatın xüsusi dəyəri parlament üzvləri arasında birbaşa ünsiyyət, qanunvericilik təcrübəsi mübadiləsi üçün yaratdığı imkanlarla bağlıdır.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun Bakı Bəyannaməsinin razılaşdırılmış layihəsini təqdim edib. Bəyannamə qəbul olunub.
  • Sosial şəbəkədə paylaş