İrəvanda baş verən partlayışda iki nəfər ölüb

İrəvanda baş verən partlayışdan sonra dağıntılar altından iki vətəndaşın - bir kişi və bir qadının cəsədi tapılıb.

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan xəbər verib.

Yerli media ölənlərin ər-arvad ola biləcəyini ehtimal edib. Sarkisyan isə hələlik bu barədə dəqiq məlumat olmadığını bildirib.
  • Sosial şəbəkədə paylaş