Tovuzda avtomobil körpüdən aşıb, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (1 kişi, 2 qadın, 2 azyaşlı) 23.11.2026-cı il tarixində saat 13:40 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə medianın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmət göstərilib. Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

Kəllə-beyin travması diaqnozu təyin edilən 2022-ci il təvəllüdlü azyaşlının (kişi cinsli) vəziyyəti isə orta ağır qiymətləndirilir.

1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
  • Sosial şəbəkədə paylaş