Parisdə partlayış nəticəsində bina uçub

Parisdə partlayış baş verib.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Bildirilir ki, partlayışın baş verdiyi bina tamamilə uçub. İnsident nəticəsində xəsarət alan azı 16 nəfərdən 7-sinin vəziyyəti ağırdır.

Partlayışla bağlı məlumatı Fransanın daxili işlər naziri Cerald Darmanin də təsdiqləyib.
  • Sosial şəbəkədə paylaş