Eris adlandırılan EG.5 variantının indiyədək 51 ölkədə qeydə alındığını açıqlayan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə COVID-19 ilə bağlı tədbirlərin ləğv edilməməsi barədə xəbərdarlıq edib.
ABŞ artan hadisələrdən sonra gələn ay yeni koronavirus peyvəndinin buraxılacağını açıqlayıb, lakin mütəxəssislər peyvəndlərin ictimaiyyət arasında populyar olmayacağından narahatdırlar.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, ölkədə xəstəxanaya yerləşdirilmələr iyun ayından bəri 40 faizdən çox artıb. Bununla belə, bu rəqəm hələ də 2022-ci ilin yanvarında Omikron epidemiyası zamanı müşahidə edilən ən yüksək səviyyədən 90 faiz aşağıdır.
Oksford Universitetinin həkimləri yenidən maska taxmaqla bağlı ciddi çağırış ediblər.
Britaniya mətbuatında yer alan xəbərlərə görə, hələ rəsmi açıqlanmayan BA.6 adlı yeni variant qarşıdakı həftələrdə "tutqun atmosfer"i ortaya çıxaracaq.
Mütəxəssislər bildirirlər ki, indiyə qədər yalnız Danimarka və İsraildə görülən variant həyəcanverici mutasiya tendensiyası nümayiş etdirir və potensial olaraq daha böyük yoluxmalara səbəb ola bilər.