Pakistanda 9 terrorçu zərərsizləşdirilib

Pakistanın şimal-qərbində keçirilən xüsusi əməliyyat zamanı 9 terrorçu məhv edilib.

“Associated Press of Pakistan” informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda keçirilib. Məlumata görə, məhv edilənlər arasında 4 əsas terrorçu komandir də olub.

Əməliyyat zamanı terrorçuların sığınacaqları dağıdılıb, silah və sursatları ələ keçirilib.
  • Sosial şəbəkədə paylaş