Boris Consonun istefasından sonra Böyük Britaniyanın baş naziri postu uğrunda mübarizə artıq başlayıb.
Media xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı CNBC kanalında xüsusi xəbər yayılıb.
Keçmiş baş nazirin tənqidçiləri onun vəzifəsini mümkün qədər tərk etməli olduğunu, yerinə baş nazirin müavini Dominik Raabın gətirilməsini təkid edirlər. Lakin Mühafizəkarlar arasında Consonun bu tezlikdə əvəzlənməsinin daha çox qeyri-sabitlik yarada biləcəyini bildirərək, Consonun yay dövründə vəzifədə qalmasının lazım olduğunu söyləyirlər.
“Tori”lərin yeni lideri uğrunda yarışmanın təqvimi gələn həftə təsdiqlənməlidir, yeni baş nazirin seçilməsi isə sentyabrda gözlənilir.
Qeyd edək ki, Boris Conson hələ istefa verməzdən qabaq onun yerinə namizədliyini irəli sürənlər artıq tapılmışdı. Məsələn, baş prokuror Suella Bravermanın çərşənbə günü bununla bağlı niyyətini açıqlaması çoxlarını təəccübləndirmişdi.
Britaniya mətbuatı hələ ki, 10 real namizədin adını çəkir.
“The Daily Telegraph” qəzetinin xəbərinə əsasən, bunların içində Parlamentin Xarici əlaqələr komitəsinin sədri və Boris Consonun qatı tənqidçisi Tom Tugendhat cümə günü namizədliyini artıq açıqlayıb.
Digər ehtimal namizədlər arasında keçmiş səhiyyə naziri Sacid Cavid, Xəzinədarlıq katibi Nadim Zahavi, keçmiş maliyyə naziri Rişi Sunak, xarici işlər naziri Liz Trass, keçmiş xarici işlər naziri Ceremi Hant, keçmiş nazir Maykl Qouv, beynəlxalq naziri Penni Mordaunt, müdafiə naziri Ben Uolles və hətta “Breksit”in əsas memarlarından Steve Beker də var.
Yerli politoloqlara görə adları çəkilən siyasətçilərin əksəriyyəti öz kampaniyalarını əslində bir neçə həftə ərzində gizli şəkildə planlaşdırıblar.
Mühafizəkarlar Partiyasının 716 üzvündən Consonu kiminlə əvəz etmək istədiklərini soruşan “YouGov” şirkətinin sorğusunda hələ ki, Uolles və Mordaunt isimləri önə çıxıb (hərəyə 13%). Onları 10 faizlə Rişi Sunak və 8 faizlə Liz Trass izləyir. Lakin ekspertlər Ben Uollesin qalan namizədlər içində ağırlıq qazandığını vurğulayırlar.
Xatırladaq ki, Mühafizəkarlar partiyanın lideri əvvəlcə Mühafizəkarlar Partiyasının deputatları, sonra isə sıravi üzvləri tərəfindən seçilir.
Namizədlər məlum olduqdan sonra Parlamentdəki 360 Mühafizəkar səsvermənin gedişində onların sayını ikiyə endirəcək.