Odessa şəhərinin dəniz limanı raket hücumuna məruz qalıb

İyulun 23-də səhər Ukraynanın Odessa şəhəri “Kalibr” tipli qanadlı raketlərlə hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, “Cənub” Operativ Komandanlığının yaydığı məlumata görə, raketlər Odessa dəniz limanına atılıb.

İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman ərazisinə düşüb. Nəticədə limanın ərazisində dağıntılar qeydə alınıb.
  • Sosial şəbəkədə paylaş