Bakıda betonqarışdıran maşın aşdı

Bakıda betonqarışdıran maşın aşıb.

Hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verib.

Belə ki, betonqarışdıran maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə yük avtomobilinin çənində olan beton yola dağılıb.

Eyni zamanda yol kənarında qoyulan yol nişanlarına da ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda betonqarışdıran maşın aşdı
Bakıda betonqarışdıran maşın aşdı
  • Sosial şəbəkədə paylaş