Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub.
Tədbirin ikinci günündə “Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: Humanitar əməkdaşlıq və etimadın yaradılması tədbirləri”, “Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr”, “Axtarışdan kənarda: İtkin düşmələrin ailələrə və icmalara uzunmüddətli təsiri” mövzularındada panel sessiyalar keçirilib.
Həmçinin “Sübutdan identikliyə: Bakı Dialoqu çərçivəsində itkin şəxslərin məhkəmə-tibbi ekspertiza, molekulyar genetika və DNT əsaslı identifikasiyası üzrə Beynəlxalq Ekspert Forumu” mövzusunda yan tədbir təşkil edilib.