ABŞ Rusiyaya sanksiyalar tətbiq edərkən, Çinin legitim hüquqlarına və maraqlarına zərər vurmamalıdır.
Bu fikri martın 10-da Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ABŞ da daxil olmaqla bəzi ölkələrin Çinin Rusiya-Ukrayna münaqişəsini söndürmək üçün konkret tədbirlər görməməsi və Rusiyaya qarşı sanksiyaların tətbiqində Qərb dövlətləri ilə əməkdaşlıq etməməsi barədə fikirləri şərh edərkən deyib.
Rəsmi Vaşinqtonun Ukrayna böhranına görə Rusiyaya qarşı addımlar atarkən, Çin şirkətlərinə və fərdi şəxslərinə sanksiyalar tətbiq etməməli, Çinin legitim hüquqlarına və maraqlarına zərər vurmamalı olduğunu vurğulayan Çin XİN rəsmisi əlavə edib ki, əks halda, Çin qətiyyətli cavab verəcək.
Sanksiyaların Ukrayna məsələsinin həllinə kömək olmayacağını qeyd edən diplomat təcrübədə sanksiyaların hansısa problemi həll etməkdənsə, yenilərini yaratdığını deyib: “Sanksiyalar nəinki iqtisadi cəhətdən məğlubiyyətə və ya dəfələrlə məğlubiyyətə gətirib çıxaracaq, həm də həqiqətən qeyri-konstruktiv olan siyasi nizamlanma prosesinə mane olacaq”.
Qeyd edək ki, rəsmi Vaşinqton Rusiyaya qarşı sanksiyalara qoşulmayan Çin şirkətlərinə xəbərdarlıq edib. ABŞ-ın Ticarət Nazirliyi sanksiyalara məhəl qoymayaraq Rusiyaya yarımkeçiricilər və digər müasir texnoloji vasitələri tədarük edən Çin şirkətlərinin “qara siyahı”ya salınaraq, Birləşmiş Ştatlardan müxtəlif avadanlıq və proqram təminatı almalarına qadağa qoyulmasının mümkün olacağını açıqlayıb.