DTX-dən Gömrük Komitəsində əməliyyatla bağlı məlumatlara REAKSİYA

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Qurumun mətbuat xidmətindən mediaya bildirilib ki, qurum tərəfindən heç bir antikorrupsiya əməliyyatı keçirilməyib:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

16:41

Dövlət Gömrük Komitəsində daha bir antikorrupsiya əməliyyatı keçirilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.

Bu saatlarda keçirilən əməliyyat Şimal Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.
  • Sosial şəbəkədə paylaş