Azərbaycan və İspaniya xarici işlər nazirlərinin görüşü başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ispaniyalı həmkarı Xose Manuel Albaros arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında qeyd edilib.

Görüş Ceyhun Bayramovun İspaniyaya səfəri çərçivəsində Madriddə keçirilir.
  • Sosial şəbəkədə paylaş