Ukraynada əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb.
“Report” xəbər verir ki, bunu ölkə Baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri İrina Vereşuk videomüraciətində bildirib.
O, ayrı-ayrı məntəqələr üzrə toplaşma saatlarını əhalinin diqqətinə çatdırıb.
Baş nazirin müavini şəhəri tərk etmək istəyən vətəndaşların dərmanlar və digər humanitar yardımların olduğu Berdyanska gedə biləcəklərinə ümid etdiyini bildirib. O qeyd edib ki, əhalinin təxliyəsi məqsədilə 24 avtobus hazır vəziyyətdə gözləyir.