Rusiyada səfərbərliyə qarşı aksiyalarda mindən çox şəxs saxlanılıb

Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyaya görə 1026-dan çox adam saxlanılıb.

Bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.

Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib. Bundan sonra ölkənin demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb.
  • Sosial şəbəkədə paylaş