Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşım

Türkiyənin Azərbaycandakı səfirliyi 27 sentyabr- Anım Günü münasibəti ilə bağlı paylaşım edib.

Səfirliyin “Twitter” hesabındakı paylaşımda qeyd edilir:

“27 sentyabr- Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.

Qarabağ Azərbaycandır!”
  • Sosial şəbəkədə paylaş