ABŞ vitse-prezidenti “Şimali Koreya ilə güclü müttəfiqlik”dən danışıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris Cənubi Koreyaya səfəri zamanı çıxışında səhvə yol verərək ölkəsinin Şimali Koreya ilə “güclü və davamlı müttəfiqliyindən” danışıb.

O, ABŞ-ın Şimali Koreya Respublikası ilə müttəfiqlik səviyyəsində olan çox mühüm əlaqələri paylaşdığını söyləyib.

Qeyd edək ki, vitse-prezident Cənubi Koreyada KXDR ilə sərhəddəki silahsızlaşdırılmış zonaya və Amerika hərbi bazasına baş çəkib, həmçinin ölkə rəhbərliyi ilə görüşüb.
  • Sosial şəbəkədə paylaş