Türkiyədə həyəcanlı anlar: Eniş zamanı təyyarənin təkəri partladı

Türkiyədə İstanbul-Hatay reysini həyata keçirən təyyarənin eniş zamanı təkəri partlayıb.

Göyərtəsində 105 sərnişinin olduğu təyyarənin şassilərindən birində həddindən artıq isinmə yaranıb. Təyyarə yerə enən kimi dərhal müdaxilə ilə həmin hissə soyudulub və sərnişinlər təhlükəsiz şəkildə təxliyə ediliblər.
  • Sosial şəbəkədə paylaş