Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında mədəndə baş verən partlayışla bağlı başsağlığı verib.
“İtirdiyimiz mədənçi qardaşlarımızın ailələri və uşaqları bizim əmanətimizdirlər. Həyat itkisini kompensasiya edə bilməsək də, vəfat etmiş bacı-qardaşlarımızı geri qaytara bilməsək də, onların ailələrinin qayğısına qalacağıq”, - deyə Ərdoğan “Twitter” hesabında paylaşım edib.
Baş verən hadisə ilə bağlı Diyarbəkir proqramını ləğv edən Türkiyə lideri bu gün Bartına - hadisə yerinə gedəcəyini bildirib.
“Ədliyyə orqanlarımız canımızı ağrıdan, ciyərlərimizi parçalayan bu faciəli hadisəni ətraflı araşdıracaq, ən kiçik səhlənkarlığı belə cavabsız qoymayacaqdır. Bir azdan Bartına gedəcəyəm və bütün işlərə yerində nəzarət edəcəyəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Eyni zamanda Türkiyənin daxili işlər naziri Süleyman Soylu Bartında baş verən partlayışda ölənlərin sayının 40-a çatdığını açıqlayıb.
Baş vermiş faciə ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarına başsağlığı verib.
Mənbə: AHaber, Haber Global