Moldova müdafiə naziri: “Ölkədə səfərbərlik elan oluna bilər

Moldova Ukraynada hərbi əməliyyatların gedişində köklü dəyişikliklər və ya qaçqın axınının artması halında səfərbərlik elan edəcək.

Bunu ölkənin müdafiə naziri Anatoli Nosatıy “TVR-Moldova” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu il ordu ehtiyatda olan hərbçilərin toplanması planını artıqlaması ilə yerinə yetirib.

Nosatiy qeyd edib ki, gələn il komandanlıq yenidən hazırlıq planını artırmaq niyyətindədir.
  • Sosial şəbəkədə paylaş