“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirəcək.

37 yaşlı qrosmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşəcək.

İkinci final qarşılaşması oktyabrın 21-də olacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.
  • Sosial şəbəkədə paylaş