ABŞ-da “F-35” yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb

ABŞ-ın Yuta ştatındakı yaşayış məntəqələrinin birinin yaxınlığında “F-35” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin 388-ci Aviasiya Alayının “Twitter” səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunub ki, pilot katapult etməklə xilas olunub.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Hələlik qırıcının qəzaya uğramasının səbəbləri barədə məlumat verilmir.
  • Sosial şəbəkədə paylaş