Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 60 kq-da çıxış edən idmançı 1-ci yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Xalmatovla qüvvəsini sınayıb.

Əsas vaxtda hesab açılmayıb. Qızıl xal bölümündə rəqibini məğlub edən B.Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
  • Sosial şəbəkədə paylaş