Zelenski işğaldan azad edilən Xersona səfər edib - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya işğalından azad edilən Xersona səfər edib.

Bu barədə hadisə şahidləri məlumat verirlər.

“Biz irəliyə doğru gedirik. Biz sülhə, bütün ölkəmiz üçün sülhə hazırıq”, - deyə Zelenski hərbçilərə bildirib.

Zelenski həmçinin NATO və digər müttəfiqlərinə Rusiyaya qarşı müharibədə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Bu məlumatdan qısa müddət sonra Ukrayna KİV-də Zelenskinin Xersondan fotoşəkilləri dərc olunub.

Jurnalistlər hələ də davam edən “stabilləşdirmə tədbirləri” səbəbindən Xersona buraxılmırlar. Bir neçə jurnalist, o cümlədən Qərb telekanalları CNN və “Sky News” Xersondan reportaj hazırladıqları üçün akkreditasiyadan məhrum ediliblər.

Zelenski işğaldan azad edilən Xersona səfər edib - FOTO
Zelenski işğaldan azad edilən Xersona səfər edib - FOTO
Zelenski işğaldan azad edilən Xersona səfər edib - FOTO
Zelenski işğaldan azad edilən Xersona səfər edib - FOTO
  • Sosial şəbəkədə paylaş