Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 83 460 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 879 tank, 5 808 zirehli maşın, 1 865 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 536 PUA, 480 qanadlı raket, 16 gəmi/qayıq, 4 366 avtomobil texnikası və avtosistern, 161 xüsusi texnikadan ibarətdir.

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI
  • Sosial şəbəkədə paylaş