DÇ-2022: İlk 1/4 finalçı Niderland oldu

Qətərdə keçirilən dünya çempionatında ilk 1/4 finalçının adı bəlli olub.

1/8 finalda ABŞ ilə qarşılaşan Niderland millisi 3:1 hesablı qələbə ilə adını bu mərhələyə yazdıran ilk komanda olub.

Niderlandın heyətində Depay, Blind və Dyumfirz fərqlənib. ABŞ-nin yeganə qolunu isə Hacı Rayt vurub.
  • Sosial şəbəkədə paylaş