İki Qərb dövlətinin rəsmiləri Cənubi Qafqazda sülhü müzakirə ediblər; ekspertlərin fikrincə, əsas məqsəd Rusiyanın bölgədə inhisarına son qoymaqdır
Aprelin 11-də ABŞ dövlət katibinin müavini Vendi Şerman Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə görüşüb. “Yeni Müsavat” bildirir ki, Vaşinqtonda keçirilən görüşdə Cənubi Qafqazda sülhün və barışın bərqərarı səylərinə dəstək məqsədilə ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Dövlət Departamentinin bəyanatında deyilir ki, bu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk birbaşa telefon danışığının olduğu vaxta təsadüf edib. “Vaşinqton çoxdan buna çağırırdı” - bəyanatda vurğulanır. C.Bayramov deyib ki, ümumilikdə erməni həmkarı ilə müzakirələr konstruktiv keçib.
“Azərbaycanın təklif etdiyi beş əsas prinsipi Ermənistanın qəbul etməsini ilk və mühüm addım hesab edirik”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, son illər Azərbaycan Ermənistanı münasibətləri normallaşdırmağa çağırır və bu istiqamətdə səy göstərir: “Bununla bağlı Azərbaycan beynəlxalq hüquqa əsaslanan və həyata keçirilməsi Ermənistan üçün də faydalı olan beş əsas prinsip təklif edib”.
Ardınca ABŞ və Britaniya rəsmilərinin müzakirə masasında Cənubi Qafqazda sülh mövzusunun olması kifayət qədər düşündürücü hadisədir. Əvvəla ona görə ki, son dövrlər Qərb Cənubi Qafqaz proseslərində xeyli dərəcədə fəallaşıb. Hiss olunur ki, təşəbbüsü ələ keçirməyə çalışırlar. O səbəbdən həm Avropa İttifaqının Azərbaycan və Ermənistan liderlərini görüşdürməsi, indi də ABŞ və Britaniya rəsmilərinin görüşündə Cənubi Qafqazın müzakirəsi deməyə əsas verir ki, bölgədəki vəziyyəti Rusiyanın inhisarından çıxarmaq səyləri göstərilir.
Avropa İttifaqı ləğv edilmiş Minsk Qrupunun yerinə bu missiyanı həyata keçirməyə cəhdlər edir, ABŞ isə ermənipərəstliyini gizlətmir, hətta Xankəndində qaz probleminə görə Dövlət Departamenti bəyanat yaymışdı.