Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırdı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.

“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, - Kreml sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil:

“Rusiyanın rəsmi şəxslərindən heç kim heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib”.

Xatırladaq ki, A.Qriqoryan Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu bildirib. O daha sonra əlavə edib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.
  • Sosial şəbəkədə paylaş