Macarıstan məktəblərində LGBT təbliğatı qadağan olundu

Macarıstanın baş naziri Viktor Orban məktəblərdə LGBT təbliğatının qadağan edilməsi qərarına münasibət bildirib.

Bu barədə o, yanvarın 3-də jurnalistlərə danışıb.

“Bundan imtina etmək üçün bizə çox təzyiqlər göstərilir. Bildirilir ki, əks halda Macarıstan Aİ-nin vəsaitlərini almayacaq”, - Orban deyib.

Onun sözlərinə görə, bu məsələlərdə övladlarının tərbiyəsində QHT-lər deyil, valideynlər məsuliyyət daşıyır.

Mənbə: rossaprimavera.ru
  • Sosial şəbəkədə paylaş