Aksiya keçirilən Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, ümumilikdə 2 avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib.

Eyni zamanda, Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə hərəkət edən Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillərin sayı 19-a çatıb.

11:17

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 9 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik və 6 “KamAZ” markalı maşın Xankəndindən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, bu gün ərzində Xankəndi-Laçın yolundan ümumilikdə BQXK-ya məxsus 2, Rusiya sülhməramlılarına məxsus 13 avtomobil maneəsiz hərəkət edib.
  • Sosial şəbəkədə paylaş