“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub”.
Bunu mediaya açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.
Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər:
“Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib”.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-a açıqlamasında V.Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib:
“Əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır”.