Rahat, dəbdəbəli ən əsası ekoloji cəhətdən mükəmməl və orijinal lüks yolsuzluq avtomobili YENİ RANGE ROVER modelinin Bakıda təqdimatı keçirilib.
Özündən əvvəlki nəsillə stilistik oxşarlığına baxmayaraq, sənayenin ən qabaqcıl texnologiyalarını özündə cəmləyən yeni yolsuzluq avtomobili tədbirdə iştirak edən qonaqları və avtomobil həvəskarlarını valeh edib.
Tədbirdə iştirak edən şirkətin bir sıra rəsmi nümayəndələri, yerli məşhurlar yeni modellə bağlı təəssüratlarını bölüşüblər. Avto həvəskarları bildiriblər ki, Range Rover-in hər buraxılışı möhtəşəmdir, lakin bu model digərlərinə nisbətdə daha komfortlu, daha etibarlıdır.
Böyük Britaniyanın ən böyük avtomobil istehsalçısına məxsus yeni modelinin satışı "Jaguar Land Rover" avtomobillərinin Azərbaycanda rəsmi dileri olan “Avtolyüks-Azərbaycan” MMC tərəfindən, Aşıq Molla Cümə küçəsi 42B ünvanında həyata keçiriləcək.
Yeni “Range Rover”in korpusu 80% alüminiumdur və əvvəlki nəsil avtomobillərlə müqayisədə salonda 24% daha çox komfort hiss etmək mümkündür. Range Rover zərif lüksün təcəssümü olmaq üçün hazırlanmışdır. Onun salonu yeddi nəfərə qədər sərnişini rahatlıqla qəbul edə bilər. Standart komplektasiyaya qabaqcıl güvən və rahatlıq texnologiyaları, o cümlədən tam ötürücülü təkərli idarəetmə həmçinin Terrain Response 2 sistemi daxildir.