Xəstəxana binası qismən çökdü: Körpələr və anaları reanimasiyada çarəsiz vəziyyətdə

Türkiyədə zəlzələ nəticəsində Antakyadakı “Defne” xəstəxanası çöküb.

Bu barədə sosial şəbəkələrdə bildirilib.

Paylaşılan ismarışlardan aydın olur ki, binanın 7-ci mərtəbəsində yerləşən reanimasiya şöbəsində tibbi personaldan əlavə çox sayda körpə uşaq və anaları var. Onlar hamısı saatlardır köməksiz vəziyyətdə qalıblar.

Tibb bacılarından biri öz qohumuna pilləkənin şəklini göndərib. Kadrlarda yolun tamam bağlandığı görünür.
  • Sosial şəbəkədə paylaş