Türkiyədə zəlzələdə ölənlərin sayı 4 544-ə çatıb, 26 721 nəfər yaralanıb - SON VƏZİYYƏT - YENİLƏNİB

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.

19:55

Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.

Bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət İnformasiya-Koordinasiya Mərkəzində zəlzələ ilə bağlı danışarkən açıqlayıb.

Onun sözlərinə görə, yaralıların sayı da artaraq 22 168 olub.
  • Sosial şəbəkədə paylaş