“Roskosmos”un rəhbəri Dmitri Roqozin Şimali Atlantika Alyansına(NATO) daxil olan ölkələri nüvə müharibəsinin qarşısını almağa çağırıb. Roqozinə görə, bu təhlükənin nəticələri Yer kürəsinə ciddi təsir edəcək. Bu barədə o, “Teleqram” kanalında yazıb.
“Nüvə müharibəsində NATO ölkələri bizim tərəfimizdən yarım saat ərzində məhv ediləcək. Lakin biz buna imkan verməməliyik, çünki qarşılıqlı nüvə zərbələrinin nəticələrini bütün Yer kürəsi hiss edəcək”,- deyə Roqozin yazıb.
Onun sözlərinə görə, Rusiya adi silahlarla “iqtisadi və hərbi baxımdan daha güclü düşməni” məğlub etməli olacaq. Bunun üçün “Roskosmos” rəhbəri hesab edir ki, bütün Rusiya xalqı ordu ilə həmrəyliyini nümayiş etdirməli, iqtisadiyyatın səfərbər olunması, hərbi sənaye kompleksinin və əlaqəli sənaye sahələrinin müharibə şəraitinə keçirilməsi lazımdır. "Və bu, dərhal və tez edilməlidir",- deyə Roqozin bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirmişdi ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi qeyri-mümkündür, çünki bu, hərbi xüsusi əməliyyatın məqsədlərinə uyğun gəlmir. Onun sözlərinə görə, nüvə silahının mümkün istifadəsinin bütün ssenariləri Rusiyanın hərbi doktrinal sənədlərində aydın şəkildə yazılıb.