Lerikdə elektrik cərəyanı bir ailənin dörd üzvünü vuraraq öldürdü

Lerikdə elektrik cərəyanı vurması nəticəsində ölən ailə üzvlərinin şəxsiyyəti müəyyən edilib.

Bu barədə Lerik rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B (azyaşlının ad və soyadı şərtidir) vəfat edib.

14:06

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.
  • Sosial şəbəkədə paylaş