Avropa Oyunları: Azərbaycanın qadın boksçusu yarımfinala adlaya bilməyib

Azərbaycanın qadın boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında çıxışını başa vurub.

“Report”un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Fransa təmsilçisi Amina Zidaniyə məğlub olaraq, yarımfinala adlaya bilməyib.

O, bütün raundlarda rəqibinə yenilərək, 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.

Qeyd edək ki, kişi boksçu Murad Allahverdiyev (80 kq) yarımfinala yüksəlməklə həm medalı təmin edib, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
  • Sosial şəbəkədə paylaş