Paris dəmiryol vağzalında bıçaqlı hücum: Yaralananlar var

Fransa paytaxtında insanlara bıçaqlı hücum olub.

Bu barədə yerli hüquq-mühafizə orqanından bildirilib.

Hadisə Parisdə dəmiryol vağzalında (hansı olduğu açıqlanmır) baş verib. İlkin məlumatlara görə, azı üç nəfər yaralanıb.

Hücum edən şəxsin saxlanıldığı bildirilir.
  • Sosial şəbəkədə paylaş