Naxçıvanda 17 yaşlı qızın qətlində şübhəli bilinən həmkəndlisi saxlanıldı

Naxçıvanda 17 yaşlı qızın qətlində şübhəli bilinən həmkəndlisi saxlanılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğu və MR-in Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, iyunun 18-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sərvin Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
  • Sosial şəbəkədə paylaş