Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlərinin geniştərkibli görüşü keçirilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında geniştərkibli görüş başlayıb.

“Report” xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, nazirlər arasında təkbətək görüş başa çatıb.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başlayıb.
  • Sosial şəbəkədə paylaş