Azərbaycan XİN Andorranı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Andorranı Milli Günü münasibətilə təbrik edib.

Bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda bildirilir: “Andorra xalqını və hökumətini Milli Günü münasibəti ilə təbrik edir, bu münasibətlə ən xoş və ən səmimi diləklərimizi çatdırırıq. Biz ikitərəfli əlaqələrimizin inkişafını səbirsizliklə gözləyirik! Milli bayramınız mübarək, Andorra!”.
  • Sosial şəbəkədə paylaş