AZAL Bakı ilə Doha arasında uçuşlar həyata keçirəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 10-dan Bakıdan Qətərin paytaxtı Dohaya uçuşlar həyata keçirəcək.

AZAL xəbər verir ki, aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri - yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
  • Sosial şəbəkədə paylaş