Bakı təhlükəsiz şəhər reytinqində 67-cı oldu

Ekspertlər hesab edir ki, bu reytinq siyasi məqsəd daşıyır, əksinə, İrəvan daha təhlükəli şəhərdir...

Beynəlxalq miqyasda tanınan “Numbeo” analitik informasiya portalının cinayət və təhlükəsizlik indeksinin icmal məlumatlarına əsasən, Ermənistan dünyanın 146 ən təhlükəsiz ölkəsi arasında 7-ci yeri tutaraq öz ötənilki mövqeyini qoruyub. Həmin portalın məlumatına görə, İrəvan da mövqeyini yaxşılaşdırıb. Paytaxt İrəvan 329 ən təhlükəsiz şəhər arasında 15-ci, ötən il isə 20-ci olub.

Dünyanın təhlükəsiz ölkələri siyahısında Azərbaycan 2023-cü ildəki 33-cü yerdən 32-yə yüksəlib. Bakı isə təhlükəsizliyinə görə 67-ci yeri tutub. Qeyd olunur ki, cinayət indeksi konkret şəhərdə ümumi cinayət səviyyəsinin qiymətləndirilməsidir. Bu, netizenlərin məlumatlarına və rəylərinə əsaslanır. Onlar şəhərlərdə təhlükəsizlik hissini, eləcə də soyğunçuluq, avtomobil oğurluğu, fiziki hücumlar, ictimai yerlərdə təcavüz və ayrı-seçkiliklə bağlı öz narahatlıq səviyyələrini qiymətləndirirlər.

Avropa şəhərlərində cinayət indeksində ilk beşlikdə Marsel (Fransa), Koventri və Birmingem (Böyük Britaniya), Neapol (İtaliya) və Montpelyedir (Fransa). Bu siyahıda Dnepr 16-cı, Odessa 18-ci, Xarkov 34-cü, Kiyev isə 45-ci yerdə qərar tutub.

“Numbeo” bildirir ki, ən aşağı cinayət indeksində Hollandiya, Bern, Münhen, Trondheim və Lyublyana şəhərləridir.

“Ən təhlükəsiz ölkələr” reytinqində Ermənistan 7-də, Azərbaycan 33-də, “ən təhlükəsiz şəhərlər” reytinqində İrəvan 13-də, Bakı 70-dədir.
  • Sosial şəbəkədə paylaş