Bakıda “Mənin atam qəhrəmandır” adlı konsert keçirilir

26 iyun - Silahlı Qüvvələr gününə həsr olunmuş "Mənin atam qəhrəmandır" adlı konsert keçirilir.

Konsert proqramı Heydər Əliyev Mərkəzinin parkında baş tutur. Tədbirdə şəhid ailələri və övladları iştirak edirlər. Konsert proqramının aparıcısı Lalə Azərtaş olsa da, açılışını Xalq artisti Murad Dadaşov edib. Həmçinin, tədbirdə Hacı Nuran, İlqar Muradov, Cəlal Qurbanov, Natiq ritm qrupu, Təranə Muradova, Tünzalə Ağayeva kimi məşhur simalar da iştirak edirlər.
  • Sosial şəbəkədə paylaş