Türkiyədə "Texnofest" başlayır

Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "Texnofest" bu gün başlayır.

Trend-in Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 30 avqust - 4 sentyabr 2022-ci il tarixləri arasında Samsun Çarşamba Hava Limanında keçiriləcək "Texnofest"-də müxtəlif sərgilər, hava şouları təşkil olunacaq.

Festivalın ilk günü Türkiyənin 30 avqust "Zəfər günü"nə həsr olunub.

Türkiyədə "Texnofest" başlayır
  • Sosial şəbəkədə paylaş