Elm və Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən məktəblərdə Bilik Gününün qeyd edilməyəcəyi barədə məlumatı təsdiq edib.
Nazirlikdən medianın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən 50 hərbi qulluqçumuz şəhid olub.
Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr - Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.