Bu şəxslər narkoloji testdən keçəcək

Həqiqi hərbi xidmətə və kadr-zabit heyətinə könüllü daxil olan şəxslərin icbari narkoloji testdən keçirilməsi nəzərdə tutulur.

Bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Narkoloji xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
  • Sosial şəbəkədə paylaş