Azərbaycanlılar Türkiyədə zəlzələdə kimsəsiz qalan uşaqlara sahib çıxa bilməzlər

Türkiyənin Azərbaycandakı səfirliyindən zəlzələ ilə bağlı yayılan məlumatla əlaqədar açıqlama verilib.

Səfirlikdən bildirilib ki, zəlzələdə valideynlərini itirən uşaqların ölkə xaricinə övladlıq verilməsi xəbəri əsassızdır.

“Ölkəmizdə baş verən zəlzələlərlə bağlı Azərbaycan mətbuatında uşaqlarımız üçün “Azərbaycan vətəndaşları himayədar ailə ola bilər” xəbərləri dərc olunur. Türkiyə Cümhuriyyəti Ailə və Sosial Xidmətlər Nazirliyinin aşağıdakı elanı yalnız Türkiyədə yaşayan vətəndaşlarımız üçündür. Uşaqlarımızın ölkə xaricinə himayədar ailəyə verilməsindən və ya övladlığa götürülməsindən söhbət gedə bilməz”, - açıqlamada bildirilib.
  • Sosial şəbəkədə paylaş